İraqın şimalındakı Haftanin bölgəsində müəyyən edilən 4 PKK terrorçusu, Suriyanın şimalındakı Tel Rifat bölgəsində isə 8 PKK terrorçusu PUA-larla zərərsizləşdirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələri (TSK) terror təşkilatı PKK-ya qarşı əməliyyatlarını qətiyyətlə davam etdirir.
Milli Müdafiə Nazirliyi: "Nə İraqın şimalı, nə də Suriyanın şimalı terrorçular üçün təhlükəsiz deyil!" Başlıqlı açıqlamasında İraqın şimalında Haftanin bölgəsində müəyyən edilən 4 PKK terrorçusunun, Suriyanın şimalında Tel Rifat bölgəsində müəyyən edilən 8 PKK terrorçusunun PUA-larla zərərsizləşdirildiyini bildirib.
QAZİLER.AZ