Navalnı Rusiya ilə məhbus mübadiləsinin bir hissəsi olmalı idi - Ağ Ev

Navalnı Rusiya ilə məhbus mübadiləsinin bir hissəsi olmalı idi -  Ağ Ev backend

Amerika Birləşmiş Ştatları partnyorları ilə birlikdə bu gün, avqustun 1-də həyata keçirilən məhbus mübadiləsi sazişi çərçivəsində rusiyalı “müxalifət lideri” Aleksey Navalnını azad etməyi planlaşdırırdı.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın brifinqinə istinadən məlumat verib.

“Biz partnyorlarımızla Aleksey Navalnının da daxil olacağı bir razılaşma üzərində işləyirdik və təəssüf ki, o, öldü”, - Sallivan deyib.

Lakin Sallivan əlavə edib ki, buna baxmayaraq, məhbus mübadiləsi üzrə işlər davam edib və bu gün tamamlanıb.

Yeri gəlmişkən, bir müddət əvvəl mərhum “müxalifətçi”nin müttəfiqi Leonid Volkov da məhbus mübadiləsi çərçivəsində Navalnını azad etməyi planlaşdırdıqlarını bildirib.

Navalnının ölümü fevralın 16-da məlum olub.

QAZİLER.AZ

Diaspora