İran Suriya danışıqlarına dəvət aldı

İran Suriya danışıqlarına dəvət aldı backend

Rəsmi Tehran Suriyadakı böhranın nizamlanmasına dair bu həftə keçiriləcək yeni çoxtərəfli görüşdə iştirak etmək üçün dəvət alıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, Suriya üzrə yeni beynəlxalq məsləhətləşməni oktyabrın 29-da Vyanada keçirmək planlaşdırılıb. İran dəvətə hələlik heç bir cavab verməyib. Görüşdə Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İordaniya, BƏƏ-nin XİN rəhbərlərinin iştirak edəcəyi gözlənilir.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bir müddət sonra İranın görüşə dəvət almasını təsdiqləyib.

“Mən İranı bizim tərəfdaş adlandırmazdım, lakin o dəvət alıb”, deyə Kirbi bildirib. “Dəvəti qəbul edib-etməmək onların öz işləridir”, deyə o qeyd edib
Diaspora