ABŞ Yaxın Şərq, Fars körfəzi və Aralıq dənizinə 12 hərbi gəmi göndərib.
Qaziler.az xəbər verir ki, bu haqda “The Washington Post” yazıb.
Xəbərdə qeyd olunur ki, Pentaqon regionda gərginliyin artması fonunda silahlı qüvvələrin əlavə yerləşdirilməsi barədə açıqlama verməyib.
Nəşrin həmsöhbəti iyulun 31-də Amerikanın “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisinin və altı esminesinin Fars körfəzində olmasına aydınlıq gətirib. Dörd min dəniz piyadasını daşıyan üç desant gəmisi və iki esminesdən ibarət bir qrup Aralıq dənizinin şərqinə göndərilib.
Hərbi müşahidəçi Viktor Baranets İranın İsrailə qarşı güclü cavab zərbəsi endirə biləcəyini bildirib. Ekspert vurğulayıb ki, artıq Ali Baş Komandandan əmr alınıb.
QAZİLER.AZ