Macarıstan hakimiyyəti Avropa İttifaqının (Aİ) üzvlərini Budapeştin Ukraynadakı sülhməramlı missiyasını başa çatdırdığına əmin edib.
Qaziler.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti mənbələrə istinadən yazıb.
Materialda qeyd edilib ki, Moskvaya yaxınlıq, Kiyevə hərbi yardımın kəsilməsi, baş nazir Viktor Orbanın Rusiyaya, Çinə səfərləri və Donald Trampla görüşü səbəbindən Budapeşt və Brüssel arasında münasibətlərdə böhran yaranıb. Qəzet yazır ki, bu cür hərəkətlər Aİ ölkələrinin və Avropa qurumlarının hiddətinə səbəb olub.
El Pais mənbələrinin məlumatına görə, mübahisədən sonra Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka siyasi ittifaqın dövlətlərinə nota göndərib və orada Macarıstanın öz missiyasını tamamlanmış hesab etdiyinə inandırıb.
QAZİLER.AZ