Peskov YUNESKO nümayəndələrini Krıma dəvət etdi

Peskov YUNESKO nümayəndələrini Krıma dəvət etdi backend

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov YUNESKO nümayəndələrini Krıma səfərə və Xersones Tavrinə öz gözləri ilə baxmağa dəvət edib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, o, Ukrayna Mədəniyyət Nazirliyinin Xersones Tavrinin YUNESKO-nun məhv olmaq təhlükəsi altında olan obyektlər siyahısına daxil etmək istəyini belə şərh edib.

“YUNESKO nümayəndələri Krıma, Xersones Tavrinə gəlib onun nə hala gəldiyinə heyran ola biləcəklər”, - Peskov deyib.

Qeyd edilib ki, “Yeni Xersones”ə üç muzey daxildir. Birincisi xristianlığa, ikincisi antik dövrə və Bizansa, üçüncüsü Krıma və Yeni Rusiyaya həsr edilib. Əvvəlcədən qeydiyyatdan keçməklə əraziyə giriş pulsuzdur.

QAZİLER.AZ

Diaspora