Macarıstan Maduro ilə bağlı xəbərləri təkzib etdi: "Yalandır!"

Macarıstan Maduro ilə bağlı xəbərləri təkzib etdi: "Yalandır!" backend

Hazırkı prezident Nikolas Maduronun qalib gəldiyi Venesuelada keçirilən seçkilərlə bağlı Macarıstanın Aİ-nin birgə bəyanatına veto qoyması ilə bağlı xəbərlər yalandır.

Qaziler.az xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Mate Patzolay “Telex” portalına müsahibəsində bildirib.

“Macarıstanın bəyanata veto qoyması saxtadır. Biz Venesueladan mesajlar gözləyirdik və onları öyrənərək Avropa İttifaqının birgə qətnaməsinə qoşulduq”, - o vurğulayıb.

Daha əvvəl “Politico” qəzeti qeyd edib ki, Aİ ölkələri Venesuelada prezident seçkiləri zamanı “nöqsanlar və qanun pozuntuları” ilə bağlı narahatlıqlarını ifadə ediblər. Aİ liderləri “daha ​​çox şəffaflığa” çağırmağı planlaşdırıblar, lakin Macarıstan rəhbərliyinin belə bir bəyanata qarşı çıxdığı və ona veto qoyduğu iddia edilib.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar iyulun 28-də keçirilən prezident seçkilərinin nəticələrinin açıqlanmasından sonra başlayıb. Respublikanın ən yüksək siyasi postu uğrunda 10 nəfər mübarizə aparıb, Nikolas Maduro və sağ partiyasından namizəd Edmundo Qonzales əsas namizədlər hesab edilib.

QAZİLER.AZ

Diaspora