Rusiya prezidenti Vladimir Putin avqust ayında tətili görünməyən sıx bir iş qrafiki ilə üzləşib.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
“İndiyə qədər avqustda prezidentin boş günü olmayıb, həmişə əksinə, gərgin iş qrafiki olub", - Kreml nümayəndəsi bildirib.
Peskov qeyd edib ki, dövlət başçısının ictimai fəaliyyəti yalnız “aysberqin görünən hissəsidir”, çünki əsas iş “hər gün, həftənin yeddi günü həyata keçirilir”.
Mətbuat katibi qeyd edib ki, Putin Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanının fəaliyyətini, prezidentlik vəzifələrini, habelə iqtisadi məsələlərdə ölkə hökuməti ilə qarşılıqlı əlaqəni həyata keçirir. Buna görə də Rusiya liderinin məzuniyyətə getməsi gözlənilmir.
QAZİLER.AZ