Venesuela ABŞ ilə Qətərdə başlayan danışıqları bərpa etməyə hazırdır.
Qaziler.az xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro 31 iyulda Miraflores prezident sarayında keçirdiyi mətbuat konfransında bildirib.
"ABŞ hökuməti Venesuelanın suverenliyinə hörmət etməyə, Venesuelanı təhdid etməyi dayandırmağa hazır olsa, dialoqu bərpa edə bilərik", - Maduro açıqlamasında deyib və ABŞ-nin yalanlarına və qəbul edilmiş qərarların yerinə yetirilməməsinə görə səbrini itirməyəcəklərinə söz verib. O hesab edir ki, danışıqların nəticələrindən asılı olmayaraq, ABŞ-la iqtisadi əlaqələr davam edəcək.
Maduro həmçinin bildirib ki, o, hazırki ABŞ prezidenti Co Baydenə hörmət edir və onu səhhətinə görə seçkidən çəkilmək qərarına görə təbrik edir: “Ona uzun ömür və cansağlığı arzulayıram”, - deyə Maduro qeyd edib.
QAZİLER.AZ