İsrail Müdafiə Qüvvələri İsrail Təhlükəsizlik Təşkilatının (İSA) qüvvələri ilə birlikdə HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd əl-Deyfi öldürdüyünü bildirib.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir ki, oktyabrın 7-də İsrailə hücumun təşkilinin arxasında məhz onun olduğu güman edilir.
Bundan əlavə, SAXAL Fələstin hərəkatının hərbi komandirinə hücum anını əks etdirdiyi iddia edilən video yayımlayıb. Görüntülərdə güclü partlayış baş verib.
Qeyd edək ki, iyulun 31-də HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə Tehranda atışma nəticəsində ölürülüb. Zərbə birbaşa onun iqamətgahına dəyib. Fələstin Haniyənin öldürülməsində İsraili günahlandırır.
QAZİLER.AZ