Rusiya İŞİD-lə bağlı xarici ölkələrə çağırış etdi

Rusiya İŞİD-lə bağlı xarici ölkələrə çağırış etdi backend

Rusiya Müdafiə Nazirliyi xarici ölkələri İŞİD-lə mübarizə üçün geniş koalisiya yaratmağa çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoliy Antonov bildirib.


“Suriyadakı hazırkı vəziyyət Rusiya prezidenti Vladimir Putinin İŞİD-lə mübarizədə geniş beynəlxalq koalisiyanın təxirə salınmadan yaradılmasına dair təklifinin aktuallığını bir daha təsdiqləyir”, deyə Antonov xarici ölkələrin hərbi attaşeləri ilə görüşündə bildirib.

O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi Rusiya aviasiyasının hədəflərinin müəyyənləşdirilməsində başqa ölkələrin əməkdaşlığa dair təkliflərini gözləyir.

“Biz əvvəlki kimi İŞİD bazalarını məhv etmək üçün zərbələrin endiriləcəyi konkret hədəflərinin, yaxud, vurulması gərək olmayan obyektlərin koordinatlarının müəyyənləşdirilməsində əməkdaşlıq təkliflərini gözləyirik”, deyə nazir müavini qeyd edib.
Diaspora