ABŞ İsrailin planlarından xəbərsiz olub - Con Kirbi

ABŞ İsrailin planlarından xəbərsiz olub -  Con Kirbi backend

ABŞ İsrailin Tehranda terror aktı zamanı həlak olan HƏMAS lideri İsmayıl Haniyəni öldürmək planlarından xəbərsiz idi.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Xeyr... İcazə verin açıqlayım, Tehrandan gələn xəbərləri təsdiqləyə bilmərəm. Mən HƏMAS-ın yaydığı bəyanatı gördüm. Təsdiq edə və ya dəqiqləşdirə bilmərəm. Hadisə ilə bağlı müstəqil təsdiqimiz yoxdur”, - Kirbi bildirib.

Ağ Ev nümayəndəsi həmçinin əlavə edib ki, Vaşinqton Qəzza zolağında vəziyyətin sülh yolu ilə nizamlanması imkanının hələ də mövcud olduğuna əmindir.

QAZİLER.AZ

Diaspora