Çin dronların ixracına məhdudiyyətləri genişləndirir

Çin dronların ixracına məhdudiyyətləri genişləndirir backend

Çin hökuməti ikili təyinatlı məhsulların, o cümlədən yüksək dəqiqlikli ölçmə avadanlığı olan dronların və bəzi digər avadanlıqların ixracına məhdudiyyətləri genişləndirib.

Qaziler.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin bəyanatında deyilir.

Bu, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Pekinə səfərindən bir həftə sonra baş verib.

Çin Ticarət Nazirliyi öz mesajında vurğulayıb ki, ​​ixrac edilən dronlar qeyri-dinc məqsədlər üçün istifadə edilməməlidir.

"Çin həmişə elmi və texnoloji tərəqqinin bütün ölkələrin insanlarına fayda verəcəyinə inanıb", - nazirlik vurğulayıb.

QAZİLER.AZ

Diaspora