BMT Yaxın Şərqdə təhlükəli eskalasiyadan danışıb

BMT Yaxın Şərqdə təhlükəli eskalasiyadan danışıb backend

BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi və İsrail ordusunun Beyruta endirdiyi zərbələr Yaxın Şərqdə ciddi eskalasiyaya səbəb olub.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu haqda Beynəlxalq təşkilatı rəhbərin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib. O qeyd edib ki, gərginliyin artması atəşkəsin zəruri olduğu bir vaxtda baş verir.

“Baş katib hesab edir ki, Beyrutun cənubunda və Tehranda müşahidə etdiyimiz hücumlar bütün səylərin atəşkəs əldə etməyə yönəldilməli olduğu bir vaxtda təhlükəli gərginlikdir”, - Düjarrik bildirib.

“Quterreş mütəmadi olaraq döyüşən tərəfləri maksimum təmkinli olmağa çağırıb. Lakin indiki çətin vaxtlarda artıq təmkinlə kifayətlənmək yetərli deyil. Baş katib hər kəsi uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün regionda gərginliyin azaldılması üçün yorulmadan çalışmağa çağırır”, - deyə o əlavə edib.

QAZİLER.AZ

Diaspora