Haniyənin öldürülməsi ilə bağlı BMT TŞ fövqəladə iclas keçirəcək

Haniyənin öldürülməsi ilə bağlı BMT TŞ fövqəladə iclas keçirəcək backend

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 31-də fövqəladə iclas keçirəcək.

“Report” xəbər verir ki, bu barədə BMT TŞ-nin dövri sədri Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski teleqramda bildirib.

“İranın Çin, Əlcəzair və Rusiya tərəfindən dəstəklənən sorğusu ilə sədrliyimiz Nyu-York vaxtı ilə 31 iyul saat 16:00-da (Bakı vaxtı ilə avqustun 1-i saat 00:00-da) Tehranda HƏMAS Siyasi Bürosunun rəisi İ.Haniyənin öldürülməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edib”, – diplomat qeyd edib.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Diaspora