Polşa Amerika tanklarını Belarusla sərhədə yığır

Polşa Amerika tanklarını Belarusla sərhədə yığır backend

Polşa Belarusla sərhəddə Birinci Legion Piyada Diviziyasının mexanikləşdirilmiş briqadasını yerləşdirəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış “TVP İnfo”ya bildirib.

Onlar divizionu Cənubi Koreyanın “K-2” tankları və Amerikanın Abrams” tankları ilə təchiz etməyi planlaşdırırlar.

“Son günlər mühüm qərar qəbul edildi. Birinci legion piyada diviziyasının mexanikləşdirilmiş briqadası məhz burada, indi olduğumuz Belostokda yerləşdiriləcək”, - o vurğulayıb.

Onun sözlərinə görə, yeni diviziyanın formalaşması bir neçə il çəkə bilər. Mexanikləşdirilmiş briqadada üç minə yaxın hərbi qulluqçu olacaq. Nazir onun Belostokda yerləşdirilməsini sabit sərhəd mühafizəsinin zəruriliyi ilə izah edib.

QAZİLER.AZ

Diaspora