Makron Sena çayının təmizliyindən danışdı: “Biz qeyri-mümkünə nail olduq”

Makron Sena çayının təmizliyindən danışdı: “Biz qeyri-mümkünə nail olduq” backend

“Fransa dörd il ərzində qeyri-mümkünə nail olub, Sena çayını elə səviyyəyə qədər təmizləyib ki, orada üzmək olar”.

Qaziler.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkədəki səhifəsində bildirib. Onun sözlərinə görə, bu, böyük investisiyalar sayəsində hökumət və bələdiyyə orqanları tərəfindən əldə olunub.

“Paris və Val-de-Marn daxil olmaqla dövlətin böyük sərmayələri sayəsində dörd il ərzində biz qeyri-mümkünə nail olduq: Sena çayında üzmək olar. İle-de-Frans xalqı üçün inanılmaz bir miras”, - deyə Makron yazıb.

QAZİLER.AZ

Diaspora