Ukraynadakı münaqişədə Ukrayna Silahlı Qüvvələrinin tərəfində iştirak edən Kolumbiya hərbçiləri ukraynalı döyüşçülərə hücum edib.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu haqda hərbi müxbir Yevgeni Poddubnıy Telegram kanalında bildirib. O, hadisənin Çasov Yar ərazisində baş verdiyini qeyd edərək, müvafiq görüntüləri yayıb.
Poddubnının qeyd etdiyinə görə, münaqişəyə səbəb Ukrayna komandanlığının Çasovıy Yar yaxınlığındakı rus mövqelərinə hücum etməkdən imtina edən Filipe adlı latın amerikalını bağlayıb çuxura atmaq qərarı olub. Kolumbiyalı muzdlular da həmyerlilərini ölümdən xilas etmək üçün ukraynalı “silah qardaşlarına” qarşı hücuma keçiblər.
“Daha sonra ölüm onu yaxaladı. Dəbilqəyə quraşdırılmış kamera ilə çəkilmiş kadrlarda kolumbiyalı məhv edildikdən sonra rus ordusunun əsgərlərinin əlinə keçib”, - Poddubnı qeyd edib.
QAZİLER.AZ