İsrail "Hizbullah"ın Beyrutdakı strateji bölməsinin rəhbəri Fuad Şükrü məhv etdiyini açıqlayıb

İsrail "Hizbullah"ın Beyrutdakı strateji bölməsinin rəhbəri Fuad Şükrü məhv etdiyini açıqlayıb backend

İsrail "Hizbullah"ın Beyrutdakı strateji bölməsinin rəhbərini məhv etdiyini açıqlayıb.

Apa xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant "X" hesabında yazıb.

"İsrail ordusu Hizbullahın ən yüksək səviyyəli hərbi komandirini məhv etmək üçün dəqiq və peşəkar əməliyyat həyata keçirib. “Seyyid Muxsan” ləqəbli Fuad Şükrün əlində çoxlu israillinin qanı var. Biz göstərdik ki, xalqımızın qanının qiyməti var və bu məsələdə gücümüzün çata bilməyəcəyi yer yoxdur. Mən İDF-yə - Baş Qərargah rəisinə, Hərbi Hava Qüvvələrinin komandirlərinə və dərin minnətdarlığımı bildirmək istəyirəm. İmkanlarınız nəinki bizi təhlükəsiz edir, həm də bizə böyük qürur verir".

İsrail ordusunun mətbuat xidmətindən verilən rəsmi açıqlamada hücumun çərşənbə axşamı İsrail təyyarələrinin köməyi ilə həyata keçirildiyi bildirilib.

Xatırladaq ki, Beyrutda "Hizbullah"ın digər komandiri Hacı Möhsənin və HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürüldüyünü bildirib.

Diaspora