Finlandiyanın Rusiya sərhədi yaxınlığında keçirdiyi hərbi təlimlər Şimali Atlantika Alyansı tərəfindən Moskvaya qarşı təxribatdır.
Qaziler.az bildirir ki, bunu çərşənbə günü, iyulun 31-də Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin brifinq zamanı deyib.
“İyulun 21-26-da Rusiya dövlət sərhədi yaxınlığında 1700-ə yaxın şəxsi heyət və 300 texnikanın iştirakı ilə Finlandiya hərbi manevrlərini NATO-nun Rusiyanı cilovlamaq üçün hərtərəfli təxribatçı səylərinin bir hissəsi kimi nəzərdən keçiririk.”, - deyə o bildirib.
Nastassin əlavə edib ki, Finlandiyanın siyasi rəhbərliyi “könüllü olaraq öz milli maraqlarını qurban verir” və əvvəllər yaxşı qonşu olan ölkəni “NATO-nun militarist istəklərinin forpostuna” çevirir.
QAZİLER.AZ