"Hizbullah" Hərəkatı İsrail ordusunun Beyruta təşkil etdiyi hava hücumunda hədəf aldığı yüksək səviyyəli komandirin uçan binanın dağıntıları altında qaldığını və axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
Qaziler.az bildirir ki, "Hizbullah"ın rəsmi Telegram hesabından verilən açıqlamada İsrail ordusunun dünən Beyrutun Dahiye bölgəsində yüksək rütbəli komandirlərindən Fuad Şükürə hücumu ilə bağlı məlumat verilib.
Açıqlamada İsrailin Beyrutun cənubundakı Dahiyedə mülki əhalinin yaşadığı binanı hədəfə aldığı, hücumda bəzi mülki vətəndaşların öldüyü və yaralandığı bildirilib.
Binanın bir çox mərtəbəsinin dağıdıldığına dair məlumatların yer aldığı açıqlamaya görə, hücum zamanı sözügedən binada "Hizbullah"ın yüksək səviyyəli komandirlərindən Şükür də olub.
Açıqlamaya görə, Şükür hələ də dağıntılar altındadır; Axtarış-xilasetmə qrupları dağıntılar üzərində qızğın şəkildə işləyir.
QAZİLER.AZ