İsrail rəhbərliyi Beyrut və Tehrandakı hücumlardan sonra bölgədə yaranan gərginliyə görə ölkənin şimalını uçuşlara bağlayıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İsrail mətbuatında yer alan xəbərlərdə Təl-Əvivin yuxarısında yerləşən Hadera şəhərindən başlayaraq ölkənin şimalındakı hava sahəsinin uçuşlara bağlandığı bildirilib.
Uçuş qadağasının 24 saat ərzində həyata keçiriləcəyi və bölgədə yollarda heç bir məhdudiyyətin olmadığı bildirilib.
İsrail ordusu ötən gün Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.
Bu gün səhər tezdən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülüb.
QAZİLER.AZ