Koalisiya qüvvələri hava hücumları zamanı İraq və Suriyada 8 min 500 İŞİD üzvünü öldürüb.
QAZİLƏR Axar.az-a istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.Qeyd edək ki, ötən il İŞİD terror təşkilatına qarşı ABŞ-ın liderliyi ilə 60-a yaxın ölkənin qatıldığı beynəlxalq koalisiya qurulub. Koalisiya qüvvələri Suriya və İraqda İŞİD-ə qarşı mütəmadi olaraq hava hücumları təşkil edirlər.