Həccə getmək mümkün olmayacaq -60 İL SONRA

Həccə getmək mümkün olmayacaq -60 İL SONRA backend

ABŞ meteoroloqları 60 il sonra Yaxın Şərqdə hava temperaturuna dair proqnozlarını açıqlayıblar. Azvision.az “New York Times”-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, Fars körfəzi ölkələrində insanların kondisionerlərin quraşdırılmadığı yerlərdən kənarda olması mümkün olmayacaq. Bu isə ilk növbədə Məkkədə Həcc ziyarətinə təsir edəcək.

Qlobal istiləşmə nəticəsində temperatur və rütubətin artması bugünkü göstəricilərə nisbətən o qədər artacaq ki, bir neçə saat ərzində xüsusi hazırlanan məkanlardan kənarda qalmaq insan səhhəti üçün təhlükəli olacaq.

Meteoroloqlar öz işlərində yaş termometr temperaturu adlanan anlayışdan istifadə ediblər. Bu temperatur xüsusi cihaz – psixrometrlə ölçülür. İnsan bədəni əsasən onun səthindən mayenin buxarlanması nəticəsində soyuyur. Mütəxəssislərin fikrincə isə yaş termometrin temperaturu kritik göstəriciyə çatdıqda, bu prosesin həyata keçməsi mümkünsüz olacaq.

Alimlər vurğulayırlar ki, 2071 və 2100-cü illərdə yaş termometr temperaturu Qətər, BƏƏ və İran kimi Fars körfəzi ölkələrində 35 dərəcəyə çatacaq. Risk zonasına Dubay, Doha və Abu-Dabi kimi şəhərlər düşür. Hazırda bu yaşayış məntəqələrində orta illik temperatur göstəricisi kritik göstəricilərə yaxındır.

Belə ki, Fars körfəzi yaxınlığında yerləşən İran və İraq ərazilərində gündüz temperatur göstəricisi 50 dərəcə, gecə isə 30 dərəcə olur. Bu göstəricilər yaş termometr temperaturuna keçirildikdə 34,6 Selsi dərəcə deməkdir.

Alimlər hesab edirlər ki, ölkələrə istixana qazlarının buraxılmasının qarşısı alınacağı təqdirdə Yaxın Şərqdə orta illik temperaturun indiki səviyyədə qalması və ya nisbətən aşağı düşməsi mümkündür.

Bütün bunlar hər şeylə yanaşı, Həcc ziyarətinin keçirilməsini də qeyri-mümkün edəcək. Hazırda hər il iki milyondan çox insan Məkkədə Həcci ziyarət edir. Ziyarət zamanı zəvvarlar vaxtının böyük əksəriyyətini açıq səma altında keçirirlər.
Diaspora