Livan: İsrailin müharibə təhdidləri torpaqlarımızı müdafiə etməyimizə mane olmayacaq

Livan: İsrailin müharibə təhdidləri torpaqlarımızı müdafiə etməyimizə mane olmayacaq backend

Livanın baş naziri Nəcib Mikati ölkəsinin beynəlxalq qanunlara riayət edərək İsrailin hücum təhdidlərinə qarşı hər cür müdafiəni həyata keçirəcəyini bəyan edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ölkənin rəsmi agentliyi olan NNA Mikatinin İsrailin Livana mümkün hücumu ilə bağlı bəyanatını dərc edib.

Mikati, dinc əhaliyə qarşı hər cür zorakılığı qınadıqlarını ifadə edərək, İsrailin Livanın cənubuna hücumlarının dayandırılmasını və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin həyata keçirilməsini istəyib.

İsrailin Livana təhdidi ilə bağlı Mikati deyib: “İsrailin Livana qarşı hərtərəfli müharibə təhdidi livanlıların beynəlxalq qanunlar tərəfindən təsdiq edilmiş hər vasitə ilə öz torpaqlarını müdafiə etməsinə mane olmayacaq" - deyib.

QAZİLER.AZ

Diaspora