ABŞ-nin 94 bölgəsində meşə yanğınları davam edir

ABŞ-nin 94 bölgəsində meşə yanğınları davam edir backend

ABŞ-ın qərb ştatlarında 94 müxtəlif bölgəni əhatə edən meşə yanğını nəticəsində 843 min hektardan çox meşə sahəsi məhv olub.

Qaziler.az bildirir ki, "Amerikanın Səsi" Radiosunun (VOA) məlumatına görə, Oreqon, Vaşinqton, Nevada, Aydaho, Yuta və Kaliforniya ştatlarında 94 meşədə başlayan yanğınlar davam edir.

ABŞ-da 94 müxtəlif bölgəni əhatə edən yanğınlar 843 min hektardan çox meşə sahəsinin yanmasına səbəb olub.

Oreqon ştatının şərqində 117 min hektar ərazini məhv edən “Durkee yanğını”na milli qvardiya göndərilsə də, yanğının yalnız 49 faizi nəzarət altına alınıb.

İyulun 21-dən Yuta ştatında 88 yeni yanğın başlasa da, onların 44 faizinin insan faktorlu olduğu qeydə alınıb.

Ağ Evin X hesabında edilən açıqlamada ABŞ rəhbərliyinin yanğının söndürülməsi üçün resurslarını səfərbər etdiyi açıqlanıb.

Çoxlu tikililəri məhv edən və minlərlə insanın bölgədən təxliyə edilməsinə səbəb olan yanğınların yalnız 12 faizi nəzarət altına alınıb.

Ölkə daxilində yanğınlarla mübarizə üçün 27 mindən çox yanğınsöndürən və yardımçı heyət ayrılıb.

Kaliforniyanın şimalındakı Çiko şəhəri yaxınlığında baş verən “Park yanğını” nəticəsində 370 min dekardan çox meşə sahəsi yanaraq kül olub.

Park yanğını "Kaliforniya ştatında 6-cı ən böyük yanğın" olaraq qeyd edilib.

QAZİLER.AZ

Diaspora