“Taliban” hərəkatı tərəfindən yaradılan Əfqanıstan hökuməti bəzi diplomatik nümayəndəliklərin verdiyi sənədləri tanımır.
Qaziler.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, Kabillə əməkdaşlıqdan imtina edən konsulluq rəhbərlərinin verdiyi sənədlər tanınmayacaq.
London, Berlin, Bonn, Belçika, İsveçrə, Avstriya, İtaliya, Yunanıstan, Fransa, Polşa, Norveç, İsveç, Kanada və Avstraliyadakı diplomatik nümayəndəliklərin konsulluq xidmətləri tanınmır. Xarici İşlər Nazirliyi xatırladıb ki, Əfqanıstanın Avropa ölkələrindəki siyasi və konsulluq nümayəndəliklərini əfqanların konsulluq xidmətləri ilə bağlı problemlərini həll etmək üçün dəfələrlə Kabillə əməkdaşlığa çağırıb. Lakin əksər konsulluqlar “özbaşınalıq və koordinasiya olmadan” hərəkət ediblər.
Bəyanatda qeyd olunur ki, xaricdə yaşayan bütün əfqanlar konsulluq xidməti almaq üçün Əfqanıstan İslam Əmirliyinin digər ölkələrdəki siyasi və konsulluq nümayəndəliklərinə baş çəkə bilərlər.
QAZİLER.AZ