Bolqarıstan Moskva və Sankt-Peterburqdakı konsulluqlarda Şengen vizası üçün turistlərin sənəd qəbulunu dayandıracaq.
Qaziler.az xəbər verir ki, bu barədə “Tourdom” məlumat yayıb.
Rusiya paytaxtında yerləşən Bolqarıstan konsulluğu avqustun 1-dən 18-dək, Sankt-Peterburqda avqustun 1-dən 11-dək olan müddətdə C tipli vizalar üçün sənədləri qəbul etməyəcək. Müraciət edənlər yeni tarixə rezervasiya ediləcəklər.
Viza agentliklərinin nümayəndələrinin sözlərinə görə, belə tədbirlər adətən Bolqarıstan konsulluqlarının viza müraciətlərinə baxılması üçün yeni proqram təminatına keçidi ilə əlaqədardır.
QAZİLER.AZ