Panama Venesuela ilə diplomatik əlaqələri dayandırdı

Panama Venesuela ilə diplomatik əlaqələri  dayandırdı backend

Panama prezidenti Xose Raul Mulino Venesuela ilə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

Dövlət başçısının sözlərinə görə, bütün akkreditə olunmuş panamalı diplomatlar da Bolivar Respublikasını tərk edəcəklər.

Mulino qeyd edib ki, Panama Venesuela ilə diplomatik münasibətləri bu ölkə “xalqın həqiqi iradəsini bilməyə imkan verəcək protokol və elektron səslərin sayılma sisteminin tam yoxlanması həyata keçirilənə qədər dayandırıb.

“Panama Venesueladakı vəziyyəti müzakirə etmək üçün Amerika Dövlətləri Təşkilatının Daimi Şurasının təşkilatın nizamnaməsi ilə müəyyən edilmiş iclasını, xarici işlər nazirlərinin məsləhətləşmələri üçün tələb edəcək”, - o əlavə edib.

QAZİLER.AZ

Diaspora