Slovakiyanın “Slovnaft” neft emalı zavodu ölkədə LUKOIL neftinin tranziti bərpa olunmasa, Ukraynaya dizel yanacağının tədarükünü dayandıracaq.
Qaziler.az “Dennik N”ə istinadla xəbər verir ki, bunu baş nazir Robert Fitso bildirib. O xatırladıb ki, Slovakiyadakı müəssisə Ukrayna istehlakının onda birini əhatə edir.
“Rusiya neftinin Ukrayna ərazisindən tranziti tezliklə bərpa olunmazsa, “Slovnaft” Ukrayna istehlakının onda birini əhatə edən dizel yanacağını Ukraynaya tədarük etməyə davam etməyəcək”, - Fitso bildirib.
Ukrayna iyunun sonunda Rusiya neftinin öz ərazisindən tranzitini məhdudlaşdırıb. Bu qərar Avropa sanksiyalarına baxmayaraq Rusiya Federasiyasından yanacaq almaq hüququna malik olan Macarıstan və Slovakiyaya təsir edib.
QAZİLER.AZ