Amerikalı reper Kanye Uest Moskvada çıxışı üçün 5 milyon dollar (432,7 milyon rubldan çox) istəyib.
Qaziler.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı xəbər verir. Kanalın məlumatına görə, müqavilə hələ imzalanmadığından konsertin keçirilməsi sual altında qalıb.
Həmçinin, Uestin çıxış edə biləcəyi konkret məkan hələ seçilməyib. Təşkilatçılar bütün diqqətlərini “Lujniki”yə yönəldirlər, lakin amerikalı “VTB Arena”nı daha çox bəyənib. “Baza” aydınlaşdırır ki, konsertin yeri ilə bağlı məsələ yaxın həftələrdə həll olunmalıdır, əks halda təşkilatçıların bütün nüansları rəsmi şəxslər və hüquq-mühafizə orqanları ilə razılaşdırmağa vaxtları qalmayacaq. Bu halda konsertin vaxtı dəyişdirilməli və ya ləğv edilməli olacaq.
QAZİLER.AZ