Rusiyada 33 mindən çox adam azadlığa buraxılıb

Rusiyada 33 mindən çox adam azadlığa buraxılıb backend

Rusiyada Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə elan olunmuş amnistiya aktının icrası başa çatıb. Novator.az xəbər verir ki, bu amnistiya nəticəsində 33 min 400 nəfərdən artıq dustaq həbsxanadan buraxılıb.

Amnistiya 2015-ci ilin aprelin 24-də verilmişdi. Amnistiyanın icrası yarım il çəkib. Bu akt qəsdən yüngül və orta ağır cinayətlər törətməkdə təqsirli bilinərək ilk dəfə həbs edilmiş şəxslərə və bir sıra digər qanunsuz əməllərdə təqsirli bilinənlərə şamil olunub.
Diaspora