Rusiyada hərbi xidmət müddəti artırıla bilər

Rusiyada hərbi xidmət müddəti artırıla bilər backend

Dövlət Duması orduda hərbi xidmət müddətinin iki ilədək artırılmasına dair düzəlişləri nəzərdən keçirmək niyyətindədir.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu haqda Rusiya Parlament Palatasının mətbuat xidməti məlumat yayıb.

Söhbət yalnız Rusiya Federasiyasının yeni vətəndaşlarından gedir. Qanun layihəsinə avqustun 4-dək davam edəcək sessiyada baxılacaq.

“Dövlət Duması Rusiyanın yeni vətəndaşlarının hərbi borcunu yerinə yetirməsinə nəzarəti gücləndirmək üçün təşəbbüslər irəli sürür. Onlar üçün hərbi xidmət müddəti 2 ilə qədər və çağırış yaşı artırıla bilər. Müvafiq dəyişikliyə yaz sessiyasının sonunadək baxılması planlaşdırılır”, - məlumatda qeyd edilib.

QAZİLER.AZ

Diaspora