Makkeyn: “Obamanın yerinə utanıram”

Makkeyn: “Obamanın yerinə utanıram” backend

Amerikalı senator Con Makkeyn Ağ Ev rəhbərliyini Ukraynaya dəstək məsələsində qətiyyətsizliyinə görə kəskin şəkildə tənqid edib.

O, bu barədə CBS televiziyasında çıxış edərkən söyləyib. O, ABŞ prezidentinə görə utandığını bildirib: “Mən ölkəmə, prezidentimə və özümə görə utanıram. Özümə ona görə utanıram ki, Ukraynaya görə bir şey eləyə bilmədim. Vladimir Putin Ukraynanın Avropanın parçası olmasını istəmir. Bunun üçün də əlindən gələn hər şeyi edir”. Qeyd edək ki, Con Makkeyn bir müddət öncə də eyni sözlərlə çıxış edərək ABŞ rəhbərliyini tənqid etmişdi.
Diaspora