Ukraynada Rusiya tərəfində döyüşən Hindistandan olan beşinci muzdlu döyüşçü məhv edilib. Hazırda 50-yə yaxın hindlinin müharibədə düşmənə yardım etdiyi məlumdur.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Yahoo News-a istinadən xəbər verir.
Ölən döyüşçünün qardaşı, 22 yaşlı Ravi Mounanın dediyinə görə, o, bu ilin yanvarında özəl işə götürmə agenti ona nəqliyyatda iş vəd etdikdən sonra Rusiyaya gedib. Ancaq artıq mart ayında o, "Ukrayna ilə sərhəddə döyüşlərə qoşulmağa məcbur olub".
“Onunla əlaqə kəsəndən sonra Hindistanın Moskvadakı səfirliyi ilə əlaqə saxladım və onlar bizə qardaşımın öldüyünü bildirdilər”, - ölən döyüşçünün qardaşı bildirib.
Səfirlik həmçinin Maunun cəsədinin tanınması üçün DNT nümunələrinin göndərilməsini istəyib.
Hindistanın Xarici İşlər Nazirliyi (XİN) keçən həftə bildirib ki, Hindistan hökuməti Rusiya ordusu ilə birlikdə döyüşən 50-yə yaxın hindlini geri qaytarmaq üçün çalışır.
QAZİLER.AZ