Kim Çen Inın qızı Kim Ju Ae Şimali Koreyanın növbəti lideri olmaq üçün hazırlıqlara başlayıb.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
"Kim Ju-ae KXDR-in növbəti lideri olmaq üçün xüsusi təlim keçir", - agentliyin Cənubi Koreya kəşfiyyatındakı mənbələrdən aldığı məlumatda deyilir.
Materialın müəllifləri qeyd ediblər ki, Şimali Koreyanın dövlət mediası Kim Çen Inın qızının sosial fəaliyyətini işıqlandırıb. Eyni zamanda, onun siyasi gələcəyi barədə əvvəllər məlumat verilməyib.
QAZİLER.AZ