Venesuela prezidenti Nikolas Maduro yenidən bu vəzifəyə seçilməsini “sülh və sabitliyin təntənəsi” adlandırıb.
Qaziler.az bildirir ki, bu barədə iyulun 29-da "Reuters" agentliyi məlumat yayıb.
Prezident sarayının qarşısında tərəfdarları qarşısında çıxış edən Maduro qələbəsinin “sülh və sabitliyin təntənəsi” olduğunu və Venesuelanın seçki sisteminin “şəffaf” olduğunu göstərdiyini bildirib.
O, həmçinin bildirib ki, səsvermə günü - iyulun 28-də ölkənin seçki sistemi haker hücumuna məruz qalıb. Dövlət başçısı texniki mütəxəssisləri bunun uğurla dəf edilməsinə görə təbrik etdi.
“Bu gün (28 iyul - Red.) axşam saatlarında kütləvi haker hücumuna məruz qaldıq, bunun hansı ölkədən gəldiyini bilirik”, - Maduro bildirib.
O əlavə edib ki, hücumun səbəbkarları və faydalanan şəxslər məlumdur və Venesuela Baş Prokurorluğu hadisəni araşdıracaq.
QAZİLER.AZ