Köpək balığı ilə gəminin toqquşması ilk dəfə İrlandiya sahillərində lentə alınıb.
Qaziler.az bildirir ki, Amerika və İrlandiya alimləri yeddi metrlik nəhəng köpəkbalığı ilə gəminin toqquşmasının nəticələrini əks etdirən kadrlar dərc ediblər.
Bu barədə IFLScience məlumat yayıb.
Tədqiqatçılar belə bir hadisənin ilk dəfə videoya çəkildiyini deyirlər. Bu, İrlandiya sahillərində nəhəng köpəkbalıqlarının davranışını öyrənərkən baş verib. Köpək balıqlarından biri bir neçə saat işləyən, sonra avtomatik olaraq ayrılaraq səthə çıxan videokamera ilə təchiz edilib.
Video tədqiq edilərkən məlum olub ki, köpəkbalığı ilk altı saatı dayaz sahil sularında qidalanaraq keçirib. Sonra o, qəfildən sürətlə manevr edib, görünür, qarşıdan gələn gəmidən yayınmağa çalışıb.
QAZİLER,AZ