Pakistan Sərhəd Xidmətinin yaydığı məlumata görə, oktyabrın 27-də Əfqanıstan terrorçularının Pakistanın Cənubi Vəziristan əyalətindəki sərhəd dayaq məntəqəsini atəşə tutması nəticəsində azı yeddi pakistanlı sərhədçi qətlə yetirilib.
Məlumatda deyilir ki, Pakistanın Cənubi və Şimali Vəziristan əyalətlərinin Əfqanıstanla sərhədində çoxlu terrorçu cəmləşib və onlar vaxtaşırı olaraq əks tərəfi atəşə tutaraq Pakistana girməyə cəhd edirlər.Pakistan Hökuməti 2014-cü ildən ölkədə fəaliyyət göstərən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar həyata keçirir və bu işə 30 min hərbçi cəlb olunub.
Əməliyyatlar başlanan gündən təxminən 3 min terrorçu məhv edilib.