ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ Evin hazırkı rəhbəri Co Baydeni ABŞ Konstitusiyasının 25-ci maddəsi ilə prezidentlik yarışından könüllü imtina etmədiyi təqdirdə hakimiyyətdən uzaqlaşdırmaqla hədələyib.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu amerikalı jurnalist Seymur Herş bildirib.
“Obama səhər yeməyindən sonra Baydenə zəng edərək, “İşlər belədir. Biz Harrisin 25-ci maddəyə müraciət etmək üçün razılığını almışıq” - deyib", - Herş bildirib.
O qeyd edib ki, 25-ci maddəyə əsasən, ölkə prezidenti fəaliyyət qabiliyyətini itirdiyi halda vəzifəsindən kənarlaşdırıla bilər və onun səlahiyyətləri vitse-prezidentə keçir.