Fransada nəqliyyatdakı problemlər davam edir

Fransada nəqliyyatdakı problemlər davam edir backend

Fransada Olimpiadanın açılış mərasimindən əvvəl sürət qatarının üç xəttində törədilən təxribatdan sonra nəqliyyatda yaranan fasilələr davam edir.

QAZÌLER.AZ. Axar.az-a istinaden xəbər verir ki, səlahiyyətlilər qatarların hərəkətinin bərpası prosesinin həftə sonuna qədər uzanacağını açıqlayıb.

Bildirilir ki, Şərq sürət qatarları xəttində xidmətlər bu gün, Paris və Lil istiqamətində hərəkət edən sürət qatarlarının xidməti isə iyulun 29-da bərpa olunacaq.

Həmçinin dəmir yolu şəbəkəsinə nəzarətin 1000 işçi və 50 PUA vasitəsilə gücləndirildiyi qeyd olunub.

Nəqliyyat nazirinin müavini bildirib ki, bazar ertəsinə qədər 800 min sərnişin problemlərlə üzləşəcək.

Xatırladaq ki, iyulun 26-da naməlum şəxslər sürət qatarlarının üç xəttindəki texniki cihazlara və kabellərə zərər verib. 4-cü hücumun qarşısı dəmir yolu işçiləri tərəfindən alınıb.

Diaspora