Bişkekdə “Beynəlxalq kulinariya və suvenirlər xeyriyyə festivalı” keçirilib

Bişkekdə “Beynəlxalq kulinariya və suvenirlər xeyriyyə festivalı” keçirilib backend

Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdəki “Jannat Regency” mehmanxanasında diplomatik xidmət əməkdaşlarının bayramı münasibətilə “Beynəlxalq kulinariya və suvenirlər xeyriyyə festivalı” təşkil edib.

Tədbirdə Qırğızıstan Prezidenti Aparatının təmsilçiləri, hökumətin üzvləri, deputatlar, bu ölkədə akkreditə olunmuş diplomatik korpusların rəhbərləri, ictimai-siyasi xadimlər, yaradıcı ziyalılar, jurnalistlər iştirak edib.

Festivala Azərbaycan, ABŞ, Türkiyə, Qazaxıstan, Hindistan, İtaliya, Çin, Kuba, Pakistan, Özbəkistan, Ukrayna səfirlikləri və bir sıra şirkətlərin nümayəndələri qatılıb.

Tədbirin əsas məqsədi Qırğızıstanın Milli Onkologiya Mərkəzinin uşaq şöbəsində xərçəngdən əziyyət çəkən 45 uşağa maddi yardım göstərilməsidir.

Festivalda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında kitablar, jurnallar, bukletlər, həmçinin suvenirlər nümayiş etdirilib, qonaqlara milli mətbəximiz və şirniyyatlarımız təklif edilib.

Festivalın sonunda tədbirdə aktiv iştirak etdiyinə görə Azərbaycan səfirliyinə təşəkkür məktubu təqdim olunub.
Diaspora