Zelenski Ukrayna ordusunun cəbhədəki problemlərini müzakirə edib

Zelenski Ukrayna ordusunun cəbhədəki problemlərini müzakirə edib backend

Ukrayna lideri Volodimir Zelenski axşam yayımlanan videomüraciətində Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşün təfərrüatlarını açıqlayıb.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir. Onun sözlərinə görə, görüşdə ölkə qüvvələrinin cəbhədəki vəziyyəti müzakirə olunub.

“Nazir və hərbi komandanlıqla biz çətin istiqamətlərdə vəziyyəti ətraflı araşdırırıq, ilk növbədə bu, Pokrovsk istiqamətidir”, - deyə Zelenski qeyd edib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin çətin vəziyyəti ona gətirib çıxarıb ki, o, Ukrayna qüvvələrinin baş komandanı Aleksandr Sırskidən vəziyyətlə bağlı bir neçə məruzə alıb. Zelenski generaldan ölkə ordusunun mövqelərini gücləndirməyi tələb etdiyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora