Kanada yanğınlarla mübarizəde 4 ölkədən yardım alacaq

Kanada yanğınlarla mübarizəde 4 ölkədən yardım alacaq backend

Cənubi Afrika, Avstraliya, Meksika və Yeni Zelandiyadan olan yanğınsöndürmə qrupları Kanadanın Alberta və Britaniya Kolumbiyası əyalətlərində yanğınların söndürülməsinə kömək etməyə gedəcək.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Kanadanın baş naziri Castin Trüdo X hesabında verdiyi açıqlamada Albertanın Jasper bölgəsində yanğınlarla mübarizənin davam etdiyini bildirib.

Cənubi Afrika, Avstraliya, Meksika və Yeni Zelandiyadan 400-dən çox yanğınsöndürmənin Alberta və Britaniya Kolumbiyasındakı yanğınlarla mübarizəyə dəstək vermək üçün bölgəyə gələcəyi barədə məlumatı paylaşan Trüdo yanğınla mübarizə aparan qruplara təşəkkür edib.

Jasper Milli Parkı ətrafında evakuasiya səyləri davam edərkən, İqlim Nazirliyinə bağlı Kanada Parklarının internet saytında edilən elanda parka girişin ən azı avqustun 6-na qədər qadağan edildiyi bildirilib.

QAZİLER.AZ

Diaspora