Çeçenistan Respublikasının lideri Ramzan Kadırov bildirib ki, xüsusi hərbi əməliyyatların iştirakçıları regionun ən hörmətli adamlarıdır.
Qaziler.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.
“Bunlar (XHƏ-nin üzvləri) bizim regionda ən hörmətli adamlarımızdır, çünki onlar Uca Yaradanın yolunu seçiblər, öz xalqlarını, adət-ənənələrini, qorumaq yolunu seçiblər”, - Kadırov deyib.
Kadırovun sözlərinə görə, onlara və ailələrinə həmişə hörmətlə yanaşılacaq.
“Biz həmişə onları dəstəkləyəcəyirik, dəstəkləyəcəyik, onlar və ailələri üçün lazım olan hər şeyi edirik və edəcəyik”, - Kadırov qeyd edib.
QAZİLER.AZ