İranın İsrailin ittihamlarına CAVABI: Dünyanın diqqətini yayındırmağa çalışır

İranın İsrailin ittihamlarına CAVABI: Dünyanın diqqətini yayındırmağa çalışır backend

İsrail İrana qarşı bir sıra gülünc ittihamlar irəli sürüb.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani bildirib. O, “X” sosial şəbəkəsində Təl-Əvivin Olimpiadanın açılışı günü Fransada dəmir yolu elektrik şəbəkələrindəki kütləvi nasazlıqların arxasında Tehranın olduğu iddiasına dair bəyanatına belə reaksiya verib.

“Qəddarlıq həddini aşan İsrail rejimi tərəfindən irəli sürülən ittihamlar  gülüncdür”, - deyə Kanani yazıb.

O əlavə edib ki, İsrail öz hərəkətləri ilə beynəlxalq ictimaiyyətin diqqətini yəhudi dövlətinin hərbi əməliyyatının davam etdiyi Qəzza zolağındakı vəziyyətdən yayındırmağa çalışır. Kanani vurğulayıb ki, Təl-Əvivin Fələstin anklavında atdığı addımlar bütün dünyada qəzəb və nifrət doğurur.

QAZİLER.AZ

Diaspora