Rusiyanın “Su-27” qırıcısı Qara dəniz üzərində müşahidə edilən Britaniya hərbi təyyarələrini Rusiya sərhədlərində qorxudub.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, “RC-135” kəşfiyyat təyyarəsi və Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki “Typhoon” qırıcısı dövlət sərhədində dövrə vururmuş.
Rusiya qırıcısı yaxınlaşan zaman xarici hərbi təyyarələr Rusiya Federasiyasının dövlət sərhədindən dönüş edib. Nəşrin məlumatına görə, Rusiya təyyarəsi sağ-salamat öz aerodromuna qayıdıb.
QAZİLER.AZ