Rusiya istehlak xərclərində “təəccüblü bum” yaşayır.
Qaziler.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Məqalədə deyilir ki, Rusiya iqtisadiyyatı sanksiyalara uyğunlaşa bilib. Hökumətin dəstəyi və Qərb rəqiblərinin getməsi fonunda yerli biznes real bum yaşayır.
Bu, ticarət şəbəkələrinin genişləndiyi və daxili turizmin inkişaf etdiyi bir mühitdə baş verir. Nəşr qeyd edir ki, bir çox ekspertlər üçün hadisələrin bu cür inkişafı tam sürpriz olub.
Qəzet yazır ki, rusların real əmək haqqı təxminən 14%, mal və xidmətlərin istehlakı təxminən 25% artıb. Bu il ev təsərrüfatlarında gəlirlərinin daha 3,5% artacağı gözlənilir.
Ekspertlərin fikrincə, vəziyyət “inkişaf edən hərbi sənaye” ilə bağlıdır.
QAZİLER.AZ