Türkiyə polisi ölkənin müxtəlif şəhərlərində İŞİD terrorçu qruplaşmasına qarşı genişmiqyaslı əməliyyatlar keçirib
Yeli KİV-lərin məlumatına görə, İstanbul, Kocaeli və Konya şəhərlərində keçirilmiş antiterror əməliyyatlarında 71 nəfər həbs olunub. Onlardan 7-si azyaşlı, bir nəfəri isə qadındır.Ölkənin Kilis bölgəsində isə İŞİD-ə qoşulmaq üçün qeyri-qanuni yolla Suriyaya keçmək istəyən 17 xarici vətəndaş saxlanılıb.
Diyarbəkirdə keçirilən əməliyyatlarda isə İŞİD ilə əlaqədə şübhəli bilinən 5 nəfər tutulub. Diyarbəkir valiliyinin məlumatına görə, saxlanılanlardan biri terrorçu-kamikadzedir.