Lavrov Türkiyənin xarici işlər naziri ilə görüşüb

Lavrov Türkiyənin xarici işlər naziri ilə görüşüb backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan Vyentyanda keçirilən ASEAN Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində görüşüb.

Qaziler.az bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Danışıqların əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri türkiyəli həmkarından Laosa gəlişinin vaxtını soruşub. Fidan cümə günü səhər gəldiyini deyib. Öz növbəsində, Lavrov həmkarına bir gün əvvəl gəldiyini və artıq beş ikitərəfli və bir üçtərəfli görüş keçirdiyini bildirib.

İki ölkənin xarici işlər nazirlərinin danışıqların təfərrüatları haqqında məlumat verilməyib.

QAZİLER.AZ

Diaspora